Zəncirvari yol qəzasında 12 nəfər yaralanıb


  • 7 Oktyabr 16:40

Türkiyənin Diyarbəkir şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Diyarbəkir-Şanlıurfa yolunun Çölgüzeli məhəlləsində 6 avtomobil toqquşub.

Qəza nəticəsində 12 nəfər yaralanıb.

Xəbər verildikdən sonra hadisə yerinə təcili tibbi yardım briqadaları və polis göndərilib.

Qəzada yaralanan 12 nəfər təcili yardım maşını ilə şəhər xəstəxanalarına çatdırılıb.

Humay Eminqızı

Oxşar xəbərlər