Türkiyənin bu şəhərində leysan yağışlar ciddi fəsadlar törədib


  • 7 Oktyabr 16:43

Türkiyənin Tekirdağ şəhərində leysan yağışlar ciddi fəsadlar törədib.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tekirdağın Şarköy rayonunda güclü leysan səbəbiylə yamaclardan qopan qaya parçaları magistral yola düşüb.

Şəhərdə gecə saatlarında başlayan fasilələrlə yağan yağış nəqliyyatın hərəkətini çətinləşdirib.

Əraziyə bələdiyyə əməkdaşları cəlb edilib.

Sürücülərə diqqətli olmaları ilə bağlı xəbərdarlıq edilib.

Bölgədə yağışın gün ərzində davam edəcəyi gözlənilir.

Humay Eminqızı

Oxşar xəbərlər