Türkiyədə vəkil güllələnərək öldürüldü


  • 7 Oktyabr 16:52

Türkiyənin İstanbul şəhərində tanınmış vəkil Serdar Öktem qətlə yetirilib.

E-huquq.az “Hukukihaber.net”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Şişli adlı səmtində baş verib.

Belə ki, vəkil sükan arxasında olarkən dörd nəfərin silahlı hücumuna məruz qalıb.

Dərhal xəstəxanaya aparılan vəkilin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı 6 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər