Tailandda musson yağışları 22 nəfərin ölümünə səbəb olub


  • 7 Oktyabr 16:58

Taylandda güclü yağışların fəsadları davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.

Musson yağışları paytaxt Banqkok da daxil olmaqla, ölkənin bəzi bölgələrini əhatə edib.

Məlumata görə, daşqınlar nəticəsində 22 nəfər həyatını itirib.

Rəsmilər təbii fəlakətdən zərər görmüş təxminən 370 min insana yardımın çatdırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər