- 7 Oktyabr 23:52
Almaniyanın Herdece şəhərinin meri İris Ştalçerə bıçaqla hücum edilib.
E-huquq.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
Çoxsaylı bıçaq xəsarətləri alan 57 yaşlı merin vəziyyətinin ağır olduğu bildirilib.
Ştalçer Almaniya Sosial Demokrat Partiyasının namizədi kimi 10 gün əvvəl mer seçilmişdi.
Hadisənin səbəbləri araşdırılır.
Humay Eminqızı