- 7 Oktyabr 23:52
Gürcüstan Baş Prokurorluğu 13 nəfəri strateji və xüsusi əhəmiyyətli obyekti ələ keçirməyə və blokadaya almağa cəhddə, həmçinin qrup şəklində zorakılıqda iştirakda ittiham edib.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstanın baş prokurorunun müavini Amiran Quluaşvili bu gün keçirdiyi brifinqdə məlumat verib.
Quluaşvilinin sözlərinə görə, prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, oktyabrın 4-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı iğtişaşlar törətməkdə şübhəli bilinən 13 nəfəri saxlayıb.