Türkiyədə ağır yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb


  • 10:50

Türkiyənin Konya şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Konyanın Beyşehir rayonunda yük maşını ilə pikapın toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə tibb və jandarma qrupları cəlb edilib.

Həkimlər sürüclərdən birinin öldüyünü müəyyən ediblər.

Yaralılar təcili yardımla Beyşehir Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə əlaqədar yollarda hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Humay Eminqızı

Oxşar xəbərlər