- 17:15
İngiltərədə 2024-cü ildə 1611 evsiz insan həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilə nisbətən 9 faiz çoxdur.
2023-cü ildə 1474, 2022-ci ildə isə 1313 evsiz insan nəfər ölüb.
Hesabat dövründə evsizlərin sayı da artıb.
Ölüm hallarının yarıdan çoxu narkotik və ya alkoqolla əlaqəli olduğu bildirilir.
Məlumata görə, 2024-cü ildə dünyasını dəyişən 11 uşaqdan dördü bir yaşa qədər körpə olub.
Tədqiqatçılar qeyd edirlər ki, rəsmi statistikanın olmaması səbəbindən həqiqi rəqəmlər daha yüksək ola bilər. Milli Statistika İdarəsi məlumat dərc etmədiyi üçün "Dying Homeless" layihəsi 2017-ci ildən bəri evsizlərin ölümlərini müstəqil şəkildə izləyir.
Humay Eminqızı