Bu ay səmada iki meteor yağışı olacaq


  • 11:13

Oktyabr ayındasəmada Draconids və Orionids meteor yağışları müşahidə ediləcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 6-10 oktyabr tarixləri arasında xüsusilə Şimal yarımkürəsinin sakinləri Draconids meteor yağışını müşahidə edə biləcəklər.

Meteorlar gecə yarısından əvvəl, şimal-qərb üfüqünə doğru görünəcəklər.

Ayın ikinci yarısında Orionidlərin meteor yağışı baş verəcək.

Oktyabrın 21-nə keçən gecə pik həddinə çatacaq bu yağışın səmaya saatda təxminən 20 meteor gətirəcəyi gözlənilir.

NASA Orionidləri ilin ən gözəl meteor yağışlarından biri kimi təsvir edir.

Qeyd edək ki, bu meteorlar məşhur Halley kometinin buraxdığı dağıntılardan əmələ gəlir.

Humay Eminqızı

Oxşar xəbərlər