- 17:15
Rusiya hərbçiləri üçün humanitar yardım toplayan könüllü dəstənin qərargahı barədə məlumatı ötürən 17 yaşlı Krasnoyarsk sakini saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin aprel ayında gənc, Ukraynanın “Azov” birləşməsinin üzvlərindən biri ilə ünsiyyət qurub və Rusiyada mövcud olan siyasi rejimə qarşı mübarizə aparmaq məqsədilə onun sıralarına qoşulub.
Təqsirləndirilən şəxs, Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatda iştirak edən hərbçiləri üçün humanitar yardım toplayan könüllü dəstənin qərargahı, o cümlədən qərargahın yerləşdiyi məkan haqqında qarşı tərəfə məlumatlar ötürüb.
Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi (Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq terrorçu kimi tanınan təşkilatın fəaliyyətində iştirak) üzrə cinayət işi açılıb.
Humay Eminqızı