- 17:15
Rusiyada terrorçuluğu maliyyələşdirməkdə şübhəli bilinən 52 yaşlı Sıktıvkar sakini saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlum olub ki, bu məqsədlə o 5 bank köçürməsi həyata keçirib.
Təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış zamanı bank kartları, mobil cihazlar və sübut dəyəri olan digər əşyalar götürülüb.
Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terrorçuluq fəaliyyətinə kömək etmə) üzrə cinayət işi açılıb.
Humay Eminqızı