Myanmada festivala bombalı hücum nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb


  • 14:59

Myanmanın mərkəzində Buddist festivalına bombalı hücum nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 80-ə yaxın insan yaralanıb.

Şahidlərin sözlərinə görə, ölənlər arasında uşaqlar da var.

Xatırladaq ki, oktyabr ın 6-da təxminən 100 nəfər Çaunq-U qəsəbəsində Tadingyut adlı buddist bayramını qeyd etmək üçün toplaşıb. Eyni zamanda insanlar orada yerli xuntaya qarşı genişmiqyaslı aksiya keçirməyi planlaşdırıblar.

Hərbçilər toplaşan insanların üzərinə bomba atıb.

Humay Eminqızı

Oxşar xəbərlər