- 19:58
İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 10 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağının xəstəxanalarına 61 yaralı daxil olub.
Nazirliyin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 67 183 nəfər ölüb, 169 841 nəfər yaralanıb.
Humay Eminqızı