Yaşayış binasında yanğın baş verib, 10 nəfər tüstüdən zəhərlənib


  • 16:45

Türkiyənin Kırklareli vilayətində yaşayış binasında yanğın baş verib.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kırklarelinin İstasyon məhəlləsində 5 mərtəbəli binanın zirzəmisində naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda xilasedicilər, yanğınsöndürənlər, tibb işçisi və polis qrupları göndərilib.

Yanğınsöndürənlər nərdivanlar vasitəsilə binanın yuxarı mərtəbəsində sıxılmış vəziyyətdə qalan sakinləri təxliyə ediblər.

Təcili yardım briqadaları tüstüdən zəhərlənən 10 nəfərə tibbi yardım göstərib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər