ABŞ sərhədində qeyri-qanuni keçidlər kəskin azalıb


  • 16:52

ABŞ-Meksika sərhədində qeyri-qanuni keçidlər son 50 ildə rekord səviyyədə azalıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər cənub sərhədini qeyri-qanuni şəkildə keçməyə cəhd edən 238 min nəfər saxlanılıb. Bu göstərici 1970-ci illərdən bəri ən aşağı illik rəqəmdir.

Ekspertlər bu azalmanı prezident Donald Tramp administrasiyasının sərt anti-immiqrant siyasəti ilə əlaqələndirirlər. Trampın gördüyü tədbirlər nəticəsində 2 milyondan çox qeyri-qanuni miqrant ABŞ-ni tərk edib.

Humay Eminqızı

Oxşar xəbərlər