- 19:58
Yaponiyanın Qunma vilayətində ayı marketə hücum edib.
E-huquq.az Kyodo agentliyinə istinadən xəbər verir ki, təxminən 1,4 metr hündürlükdə olan yetkin ayı marketə girərək iki nəfərə hücum edib.
Hadisə nəticəsində 2 nəfər yaralanıb.
Ayının ərazidən qaçdığı bildirilib.
Sakinlərə evdə qalmaq və diqqətli olmaq barədə xəbərdarlıq edilib.
Humay Eminqızı