- 9 Oktyabr 20:20
Türkiyənin Çorum şəhərində güclü yanğın baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çorumun İskilip rayonunda bir evdə naməlum səbəbdən yanğın başlayıb.
Qısa müddətdə yanğın ətrafdakı digər evlərə də keçib.
Xəbər alındıqdan sonra kəndə yanğınsöndürənlər və jandarma qrupları sövq edilib.
Hadisə nəticəsində 3 ev yararsız hala düşüb.
Humay Eminqızı