- 9 Oktyabr 20:20
Almaniya hökuməti polisə müəyyən hallarda pilotsuz uçuş aparatlarını (dronları) vurmaq səlahiyyəti verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsi ciddi təhlükə və fövqəladə hallar zamanı polisə dronları odlu silahlarla yanaşı, lazer sistemləri və siqnal tıxacları vasitəsilə zərərsizləşdirmək imkanı verəcək.
Almaniyanın Daxili İşlər naziri Aleksandr Dobrindt bildirib ki, bu məqsədlə federal polis strukturunda xüsusi bölmə yaradılıb.
Bundan əlavə, Almaniya İsrail və Ukrayna ilə texnoloji konsaltinq və dron əleyhinə texnologiyalar sahəsində əməkdaşlıq qurmağı planlaşdırır.
Qeyd edək ki, ötən cümə Münhen Hava Limanında qeyri-qanuni dron uçuşları nəticəsində onlarla reys təxirə salınıb və ya başqa şəhərlərə yönləndirilib. Hadisə 10 minə yaxın sərnişinin narahatlıq yaşamasına səbəb olub.
Humay Eminqızı