Peru prezidenti vəzifəsindən uzaqlaşdırıldı


  • 10 Oktyabr 10:55

Peru Konqresi prezident Dina Boluarteni vəzifəsindən uzaqlaşdırıb.

E-huquq.az xəbər verir ki, bu barədə parlamentin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Respublika Konqresi Prezident Dina Boluarte Zegarranın istefasını təsdiqləyib. Bununla əlaqədar olaraq Peru Konstitusiyasında nəzərdə tutulan hakimiyyətin ötürülməsi prosesi həyata keçiriləcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Boluarteyə impiçment elan olunmasından qısa müddət sonra Peru Konqresinin sədri Xorxe Xeri ölkənin yeni prezidenti kimi and içib.

Humay Eminqızı

Oxşar xəbərlər