- 10 Oktyabr 21:01
Rusiya Ukraynaya qarşı 450-dən çox dron və 30-dan çox raket zərbəsi endirib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
"Hazırda 20-dən çox insanın yaralandığı məlumdur, hər kəsə tibbi yardım göstərilir. Hücumlar zamanı bir uşaq həyatını itirib", - Zelenski bildirib.
O qeyd edib ki, enerji infrastrukturunun bir çox obyektlərində zərbələrin nəticələri aradan qaldırıllr. Həmçinin Kiyevdə elektrik və su təchizatının bərpası üzərində işlər aparılır.
Humay Eminqızı