- 10 Oktyabr 21:01
Türkiyənin Adana şəhərində güclü yanğın baş verib.
E-hquuq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adananın Mərkəzi Çukurova rayonunda yerləəşən yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və polis göndərilib.
Polis sakinlərə xəbərdarlıq edib, ərazidə təhlükəsizlik tədbirləri görüblər.
Təxminən iki saat davam edən yanğın nəticəsində mənzilə ciddi ziyan dəyib.
Hadisənin səbəbləri araşdırılır.
Humay Eminqızı