- 10 Oktyabr 21:01
Türkiyənin Bartın şəhərində ağır yol qəzası baş verib.
E-hquuq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bartından Karabük istiqamətində hərəkət edən yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində ər-arvad həyatını itirib, 1 nəfər isə yaralanıb.
Hadisə yerinə tibb və xilasetmə briqadaları göndərilib.
Yaralı Bartın Dövlət Xəstəxanasına aparılıb.
Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Humay Eminqızı