- 10 Oktyabr 21:01
Almaniyada polis zabiti millət vəkilini yumruqlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Paytaxt Berlində Fələstinə dəstək nümayişi zamanı baş verib.
Millət vəkili Lea Reisner polislə etirazçılar arasında yaranmış gərginliyi aradan qaldırmağa çalışıb.
Bu zaman bir polis məmuru ona arxadan yaxınlaşaraq üzünə yumruq vurub.
Nümayişə nəzarət etmək üçün polis ərazini maşınlarla mühasirəyə alıb və bəzi etirazçıları zorla saxlayıb.
Hadisə geniş etirazlara səbəb olub.
Humay Eminqızı