- 10 Oktyabr 21:01
Filippin sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Mati şəhərindən 71 km şimal-şərqdə yerləşib.
Təkanlar yerin 10 km dərinlikdə yerləşib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində 6 nəfər ölüb.
Əhaliyə sunami xəbərdarlığı edilib.
Humay Eminqlızı