Qəzzada ölənlərin sayı 67 min 211 nəfərə çatıb


  • 10 Oktyabr 16:24

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 17 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücumlar zamanı son 24 saatda 71 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayı 67 min 211 nəfərə, yaralı sayı isə 169 min 961 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər