Putin miqrasiya sahəsindəki problemlərdən danışıb


  • 10 Oktyabr 16:53

"Rusiya əmək miqrasiyasını təşviq etməkdə maraqlıdır".

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emomali Rahmon ilə görüş zamanı deyib.

"Lakin gələn miqrantlar ölkənin qanunlarına tabe olmalı və qaydalara riayət etməlidirlər" - deyə o əlavə edib.

Putin miqrasiya sahəsində çoxlu problemlərin olduğunu da vurğulayıb.

Rusiya lideri xatırladıb ki, keçmiş Sovet respublikasının vətəndaşları tikinti, mənzil-kommunal, nəqliyyat, logistika sektorlarının inkişafına kömək edir. Öz növbəsində, yerli hakimiyyət orqanları ölkədə onlar üçün layiqli sosial və iş şəraitinin yaradılmasına çalışırlar.

Humay Eminqızı

Oxşar xəbərlər