- 15:55
Ukrayna Prezidenti Volodimir Zelenski və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.
"Fransa Prezidenti Emmanuel Makronla danışdım. Əsas ehtiyaclarımız barədə məlumat verdim. Bu, ilk növbədə hava hücumundan müdafiə sistemləri və raketlərdir. Rusiya hazırda vəziyyətdən istifadə edir .
Yaxın Şərqdəki hadisələr və hər bir ölkədə daxili məsələlərin diqqət mərkəzində olması onun xeyrinə işləyir. Rusiyanın zərbələri daha hiyləgər və qəddar xarakter alıb.
Biz bu təhdidlərə necə qarşı durmaq barədə də müzakirə apardıq.Həmçinin digər tərəfdaşlarla əlaqələrimizi və qarşıdakı həftələrdə həyata keçiriləcək diplomatik tədbirləri əlaqələndirdik. Məqsədimiz Rusiyaya təzyiqin daha da artırılmasıdır", - Zelenski qeyd edib.
Mənbə: Teleqraf