- 15:38
Cənubi Afrikanın Limpopo vilayətində avtobus qəzası nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, Cənubi Afrika Respublikası Prezidentinin ofisinin məlumatına görə, ölənlərin əksəriyyəti Zimbabve və Malavi vətəndaşlarıdır.
***
Dünən Cənubi Afrikanın Limpopo vilayətində avtobus qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “eNCA” telekanalı məlumat yayıb.
Məlumata görə, Zimbabvenin paytaxtı Harareyə doğru hərəkət edən avtobus idarəetməni itirərək qəzaya uğrayıb.
Qəza nəticəsində 40 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Sürücünün yorğunluq səbəbindən idarəetməni itirdiyi ehtimal edilir.
Humay Eminqızı