Rusiyada növbəti terror aktının qarşısı alınıb


  • 11:41

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Moskvada Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı Ukrayna kəşfiyyat orqanlarının göstərişi ilə planlaşdırılan terror aktının qarşısını alıblar.

E-huquq.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

Məlumata görə, Ukrayna xüsusi xidmət orqanlarının "İslam Dövləti" beynəlxalq terror təşkilatının liderləri ilə birgə təşkil etdiyi terror aktının törədilməsində şübhəli bilinən 4 nəfər saxlanılıb.

Cinayətin əhalinin sıx məskunlaşdığı ərazidə törədilməsi planlaşdırılıb.

Mütəxəssislərin fikrincə, terrorçular tərəfindən hazırlanmış partlayıcı qurğunun gücü 70 metrə qədər radiuslu sahəni əhatə edə bilərdi.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 2-ci hissəsi (terror aktı), 222.1-ci maddəsinin 4-cü hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz dövriyyəsi) ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər