- 15:38
Əlverişsiz hava şəraiti ilə əlaqədar Rusiyanın Soçi dağlarında köməksiz qalmış turistlər təxliyə ediblər.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, turistlər təyyarə vasitəsi ilə evakuasiya edilib.
Qeyd edək ki, güclü yağışlar nəticəsində Uruşten çayında suyun artması səbəbindən səkkiz turist Soçidə köməksiz vəziyyətdə qalıb.
Qrupda 10 və 13 yaşlı uşaqların da olduğu bildirilib.
Humay Eminqızı