- 15:38
"Fransa HƏMAS-ın Qəzza zolağının idarə olunmasında istənilən formada iştirakına qarşı çıxır".
E-huquq.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron bu barədə Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərinə gələrkən bildirib.
“Bu gün Qəzzada xüsusi idarəetmə sistemi formalaşdırılır və bu prosesdə Fələstin Muxtariyyəti mühüm rol oynamalıdır. Bundan əlavə, İsraillə razılaşdırma və şəffaflıq prosesi təmin edilib ki, burada HƏMAS-ın heç bir rolu ola bilməz”, - Makron bildirib.
Makronun sözlərinə görə, bu idarəetmə sistemi çərçivəsində HƏMAS-ın tərksilah edilməsini və qruplaşmanın “demobilizasiyasını” təmin edəcək polis və daxili təhlükəsizlik qüvvələri yaradılacaq. Bu qurumlara dəstəyi isə beynəlxalq qüvvələr göstərməlidir ki, onların formalaşdırılması məsələsi yaxın vaxtlarda müzakirə olunacaq.
Humay Eminqızı