- 15:38
Almaniyanın paytaxtı Berlində 6 mərtəbəli yaşayış kompleksində partlayış baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
Hadisə səhər saatlarında baş verib.
Məlumata görə, yaşayış kompleksinin 1-ci mərtəbəsində partlayış baş verib. Daha sonra isə yanğın başlayıb.
Sakinlər təxliyyə edilib.
Hadisə nəticəsində 45 nəfər xəsarət alıb, 13 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Humay Eminqızı