- 15:38
Slovakiyanın Roznava rayonunun Yablonov-nad-Turnou kəndi yaxınlığında iki sərnişin qatarı toqquşub.
E-huquq.az xəbər verir ki, bu barədə Koşitse Regional Yanğınsöndürmə və Xilasetmə Xidmətinin nümayəndəsi Yozef Balint məlumat verib.
Toqquşma tunelin qarşısında baş verib.
Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib.
İlkin məlumata görə, qəza nəticəsində iyirmidən çox insan xəsarət alıb.
Humay Eminqızı