ABŞ-də təyyarə qəzası: 2 nəfər ölüb


  • 14:05

Ötən gün ABŞ-nin Texas ştatında təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Texas ştatının Fort Worth şəhərindəki Tarrant bölgəsində yerləşən Hicks hava zolağı yaxınlığında qəzaya uğrayan təyyarə yerə çırpılaraq yanıb.

Ərazidəki 10 yük maşınının zərər gördüyü bildirilib.

Faktla bağlı araşdırma başladılıb.

Humay Eminqızı

Oxşar xəbərlər