- 17:52
İsrailin atəşkəsə qədər davam edən hücumları nəticəsində son 24 saatda dağıntıların altından 63 nəfərin cəsədi çıxarılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 39 yaralı isə Qəzzadakı xəstəxanalara çatdırılıb.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayı 67 min 869 nəfərə, yaralı sayı isə 170 min 105 nəfərə yüksəlib.
Humay Eminqızı