İstanbul Hava Limanı yenə birinci oldu


  • 16:30

İstanbul Hava Limanı orta hesabla 1580 uçuşla Avropanın ən işlək hava limanı olub.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının 29 sentyabr-5 oktyabr tarixlərini əhatə edən dövr üçün hazırladığı “Avropa Aviasiya Hesabatı”nda yer alır.

Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündəlik orta hesabla 1580 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

Hesabat dövründə Amsterdam hava limanı 1398, Frankfurt hava limanı 1393, Paris Şarl De Qoll hava limanı isə 1358 reys həyata keçirib.

Antalya Hava Limanı isə gündəlik 968 uçuşla Avropanın ən işlək hava limanı sıralamasında 9-cu yerdədir.

Humay Eminqızı

Oxşar xəbərlər