Tramp Netanyahunun əfv edilməsini istəyir


  • 17:12

ABŞ prezidenti Donald Tramp israilli həmkarı İsaak Hersoqu korrupsiya üzrə istintaqı davam edən baş nazir Benyamin Netanyahunu əfv etməyə çağırıb.

E-huquq.az xəbər verir ki, bunu Tramp Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təklif edib.

Knesset üzvləri Trampın təklifinə alqışlarla qarşılayıb.

Ağ Ev lideri çıxışının bu hissəsinin əvvəlcədən hazırlanmadığını və təklifinin olduqca mübahisəli olduğunu etiraf edib.

Humay Eminqızı

Oxşar xəbərlər