- 17:52
Ukrayna Silahlı Qüvvələri Horlivkada avtobusa hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə şəhər meri İvan Prixodko məlumat verib.
Hücum zamanı pilotsuz təyyarədən istifadə edilib.
Nəticədə mülki şəxs yaralanıb.
Mer vurğulayıb ki, bu 24 saat ərzində Horlivkada ictimai nəqliyyata edilən ikinci hücumdur.
Digər bir hücum nəticəsində 7 nəfər yaralanıb.
Humay Eminqızı