Nigeriyada bu il daşqınlar nəticəsində 236 nəfər həyatını itirib


  • 17:52

Nigeriyada 2025-ci ildə leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 236 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Nigeriyada bu il yağan güclü yağışlar paytaxt Abuca da daxil olmaqla 25 ştatda daşqınlara səbəb olub.

Ölkənin 117 bölgəsində minlərlə insan didərgin düşüb.

Təbii fəlakətlər zamanı 826 nəfər yaralanıb, 708 evə ziyan dəyib.

62 min 653 əkin sahəsi isə tamamilə məhv olub.

Humay Eminqızı

Oxşar xəbərlər