- 21:42
Misirin paytaxtı Qahirədə hərbi bazada partlayış baş verib.
E-huquq.az xəbər verir ki, yerli mətbuat hadisənin hərbi sursatla bağlı insident nəticəsində baş verdiyini yazıb.
Rəsmi qurumların məlumatına görə, hadisə hücumla əlaqəli deyil.
Qeyd edək ki, hadisə ABŞ Prezidenti Donald Trampın təyyarəsi Şarm əl-Şeyx hava limanına enən zaman baş verib. Tramp Qəzzada atəşkəs sammitində iştirak edir.