Məzmuna keç

İsrail dinc əhaliyə hücum etdi

İsrail əsgərləri Qəzzanın şimalında evlərinə qayıdan mülki şəxslərə atəş açıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi “WAFA” məlumat yayıb.

Hücum Əl-Şücayyə məhəlləsində, pilotsuz uçuş aparatları vasitəsi ilə həyata keçirilib.

Nəticədə 3 nəfər həyatını itirib.

Agentliyin məlumatına görə, İsrailin əvvəlki hücumlarında yaralanan iki fələstinli də həyatını itirib.

Humay Eminqızı