- 15:58
HƏMAS hərəkatı İsraili Qəzza zolağında atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
E-huquq.az xəbər verir ki, bu barədə radikal qruplaşmanın nümayəndəsi Hazem Qasim “Telegram” kanalında məlumat verib.
Məlumatda bir neçə fələstinlinin İsrail hərbçiləri tərəfindən öldürüldüyü vurğulanıb.
"Biz bir daha İsraildən nəzarəti gücləndirməyi və üzərinə götürdüyü öhdəliklərə əməl etməyi tələb edirik", - paylaşımda qeyd edilib.
Humay Eminqızı