Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 64-ə çatıb


  • 14:23

Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, daşıqnlar zamanı 65 nəfər itkin düşüb.

Meksika prezidenti Klaudiya Şeynbaumun sözlərinə görə, axtarış xilasetmə işləri davam edir və bunun üçün bütün güclər səfərbər olub.

Meksika mətbuatının məlumatına görə, sel fəlakətindən zərər çəkmiş insanların sayı 250 mini, dağılmış evlərin sayı isə 50 mini keçib.

Humay Eminqızı

Oxşar xəbərlər