Aİ-nin hərbi büdcəsi artırılır


  • 14:32

Avropa Komissiyası (AK) 2028–2034-cü illəri əhatə edən növbəti yeddi illik büdcə planı çərçivəsində Avropa İttifaqının (Aİ) hərbi büdcəsini beş dəfədən çox artırmağı planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə Aİ-nın müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus Brüsseldə keçirilən təhlükəsizlik konfransında məlumat verib.

Belə ki, müdafiə xərclərinin nəzərdə tutulmuş 25,5 milyard avrodan 131 milyard avroya çatdırılması gözlənilir.

Onun sözlərinə görə, əgər üzv ölkələr 2028-ci ilə qədər hərbi xərclərini ÜDM-nin ən azı 3%-i səviyyəsinə çatdırsa, 2028-2035-ci illər ərzində Aİ-yə üzv 27 ölkənin ümumi hərbi xərcləri 4,2 trilyon avro təşkil edəcək.

Humay Emnqızı

Oxşar xəbərlər