- 15:58
Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 42 şübhəlinin təşkilatı maliyyələşdirdiyi müəyyən edilib.
Prokurorluğun qərarı ilə 20 şübhəli barəsində isə həbs qətimkan tədbiri seçilib.
Digər 22 şübhəlinin xaricdə olduğu müəyyənləşib.
Barəsində həbs qətimkan tədbiri seçilən şübhəlilərin tutulması üçün İstanbul, Antalya, Nevşehir, Ağrı, İzmir və Kahramanmaraşda eyni vaxtda əməliyyat keçirilib.
Təhlükəsizlik qüvvələri 17 şübhəlini saxlayıb.
3 şübhəlinin tutulması istiqamətində tədbirlər davam edir.
Onların təşkilatın hesabına 80 milyon lirə köçürdüyü müəyyənləşib.
Humay Eminqızı