Məzmuna keç

BMT: “Qəzza zolağına sülhməramlıların göndərilməsi barədə danışmaq üçün tezdir”

"BMT-nin sülhməramlı qüvvələrinin Qəzza zolağına göndərilməsini müzakirə üçün hələ tezdir".

E-huquq.az xəbər verir ki, bunu BMT-nin sülhməramlı əməliyyatlar üzrə baş katib müavini Jan-Pyer Lakrua bildirib.

O bildirib ki, bu addım anklavdakı vəziyyətin inkişafından asılı olaraq nəzərdən keçirilə bilər.

“Artıq ilk addım atılıb, atəşkəs əldə olunub, girovlar və əsirlər dəyişdirilib. Ümid edirik ki, bu, davam edəcək”, – katib bildirib.

Humay Eminqızı