Qəzzanın bərpası üçün 70 milyard dollar lazımdır


  • 15:22

Qəzza zolağının bərpası üçün 70 milyard dollar vəsait tələb olunacaq.

E-huquq.az xəbər verir ki, bunu BMT-nin xüsusi nümayəndəsi Yako Silliers söyləyib.

"BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılan qiymətləndirmələrə əsasən, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq”, - nümayəndə bildirib.

Onun sözlərinə görə, qeyd olunan təşkilatlar dağıntıların miqyasını müəyyən etməklə yanaşı, ilk növbədə hansı ərazilərin bərpa olunmasını da prioritetləşdirəcək.

O, bütün ərazilərin bərpa edilməyəcəyini də vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər