- 17:43
Böyük Britaniya Azərbaycan və Ermənistana silah tədarükünə 30 ildən artıq tətbiq olunmuş embarqonu tamamilə ləğv edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dauti ölkə parlamentinin rəsmi saytında dərc olunmuş bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, sülh prosesində əldə olunan mühüm irəliləyişlər, eləcə də Vaşinqtonda keçirilmiş son sammitin nəticələri nəzərə alınaraq, ATƏT-in 1992-ci ildə tövsiyə etdiyi silah embarqosunun artıq aktual olmadığı qənaətinə gəlinib.
"Buna görə də Böyük Britaniya Ermənistan və Azərbaycana silah və sursat tədarükünə tətbiq olunan embarqonu tam şəkildə ləğv edəcək", - deyə bəyanatda vurğulanır.
Humay Eminqızı