- 13:35
Rusiyada dövlətə xəyanətdə şübhəli bilinən Donetsk sakini saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Müəyyən edilib ki, təqsirləndirilən şəxs “Telegram” vasitəsi ilə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi tərəfindən işə cəlb edilərək Donetskdə inzibati binaların yaxınlığında saxlanılan avtomobillər barədə ona məlumat ötürüb.
Bundan əlavə, ukraynalı kuratorun tapşırığı ilə o, gizlədilmiş partlayıcı qurğunun komponentləri olan konteyneri çıxararaq onu diversiya‑terror məqsədləri üçün başqa bir gizli yerə köçürüb.
Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) və 222.1-ci maddəsinin 3-cü hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz dövriyyəsi) ilə cinayət işi açıb.
Humay Eminqızı