- 14:45
Ekvadorda “Mall del Sol” ticarət mərkəzinin yaxınlığında minalanmış avtomobil partlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 18:30 radələrində baş verib.
Partlayış nəticəsində ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1 nəfər ölüb, 2 nəfər yaralanıb, yaxınlıqdakı bina və avtomobillərə ziyan dəyib.
Hadisənin terror aktı olduğu bildirilib.
Daxili işlər naziri Con Reymberq hadisə yerində partlayıcı ilə dolu iki avtomobilin tapıldığını bildirib.
Nazir qeyd edib ki, partlayıcılar zərərsizləşdirilib.
Humay Eminqızı